Xərclərə Nəzarət üzrə Mühəndis (Layihə Sahəsi Üzrə)

PAŞA Real Estate
/
Bakı
/
Tam ştat
Əsas vəzifə öhdəlikləri:

Xərclərə Nəzarət üzrə Mühəndis layihənin sahə üzrə bütün xərc fəaliyyətlərinin monitorinqi, idarə edilməsi və hesabatlandırılmasına cavabdeh olacaq. Bu rol layihənin maliyyə göstəricilərinin dəqiq izlənilməsini, kənarlaşmaların vaxtında müəyyən edilməsini və büdcənin qorunması üçün düzəldici tədbirlərin həyata keçirilməsini təmin edir. Vəzifə sahə komandasının, podratçıların, satınalma,maliyyə və Baş ofis Layihə İdarəetmə komandası ilə sıx koordinasiya tələb edir.

Tələb olunan təcrübə və bacarıqlar:

Əsas Öhdəliklər :

1. Büdcə və Xərc İdarəetməsi

  • Təsdiqlənmiş həcmlər, işin əhatə dairəsi və müqavilə şərtlərinə uyğun olaraq layihə büdcələrinin hazırlanmasına dəstək olmaq.
  • Layihə üzrə Cost Breakdown Structure (CBS) sənədini idarə etmək və yeniləmək.
  • Faktiki xərcləri planlaşdırılmış büdcə ilə həftəlik/aylıq müqayisə etmək.
  • Sahə irəliləyişi və gözlənilən dəyişikliklərə əsasən cost-to-complete (CTC) proqnozları hazırlamaq.
  • Potensial büdcə aşımalarını müəyyən edərək düzəldici tədbirləri tövsiyə etmək.
  • Öhdəliklər, fakturalar və ödənişlərin Maliyyə qeydlərinə uyğun izlənilməsini təmin etmək.

2. Xərcə Nəzarət və Monitorinq

  • Ətraflı commitment register aparmaq və bütün müqavilələri və satınalma sifarişlərini izləmək.
  • Material təchizatı, subpodratçı irəliləyişi, işçi qüvvəsi və digər xərc amillərini monitorinq etmək.
  • Xərclə bağlı işlərin irəliləyişinin dəqiqliyini təsdiqləmək.
  • Podratçıların cost report-larının təsdiqlənmiş cədvəllər və BoQ həcmləri ilə uyğunluğunu yoxlamaq.
  • Layihə dashboard-ları üçün gündəlik/həftəlik məlumatlar təqdim etmək.

3. Podratçı Ödənişləri və Verifikasiya

  • IPC-ləri (Interim Payment Certificate) idarəetmə təsdiqindən əvvəl nəzərdən keçirmək.
  • Faktura məbləğlərinin dəqiqliyini təmin etmək üçün sahədə həcmlərin yoxlanılması.
  • QS komandası ilə ölçülərin, dəyişikliklərin və tariflərin təsdiqlənməsi üzrə əməkdaşlıq.
  • Müqavilə şərtlərinə uyğunluğun təmin edilməsi.

4. Dəyişiklik və Variasiya İdarəetməsi

  • Change Request (CR) və Variation Order (VO) sənədlərinin qeydiyyatı və idarə olunması.
  • Xərc təsiri üzrə ilkin qiymətləndirmə aparmaq və Baş ofisə dəstək vermək.
  • Təsdiqlənmiş dəyişikliklərin büdcə və hesabatlara inteqrasiya olunmasını təmin etmək.
  • Dəyişikliklərlə bağlı bütün sənədlərin şəffaf audit izinin saxlanılması.

5. Hesabatlılıq və Sənədləşmə

Həftəlik və aylıq Xərc Hesabatlarının hazırlanması:

  • Büdcə / Fakt
  • Öhdəliklər və akruallar
  • Forecast Final Cost (FFC)
  • Variasiya siyahıları
  • Cash flow yeniləmələri

Bütün sənədlərin və qeydlərin auditə hazır şəkildə saxlanılması.

6. Satınalma və Müqavilə Koordinasiyası

  • Satınalma prosesinə xərc məlumatları, büdcə uyğunluğu və CBS əsasında dəstək vermək.
  • Tenderlərin kommersiya hissələrinin büdcə ilə uyğunluğunu yoxlamaq.
  • Müqavilə üzrə maliyyə öhdəliklərini izləmək.

7. Risk, Uyğunluq və Nəzarət

  • Xərc risklərini müəyyən etmək və risk reyestrinə daxil etmək.
  • Ödənişlərin və dəyişikliklərin daxili siyasətlərə uyğunluğunu təmin etmək.
  • Auditlər üçün lazımi sənədləşmə təqdim etmək.

Tələblər:

Təhsil:

  • İnşaat mühəndisliyi, Quantity Surveying, Construction Management və ya əlaqəli sahə.
  • Cost Control / Project Controls üzrə sertifikat üstünlükdür.

Təcrübə:

  • Minimum 5 il təcrübə, xüsusilə inşaat layihələrində sahə təcrübəsi üstünlükdür.

Texniki bacarıqlar:

  • Cost control və büdcə idarəetməsi üzrə güclü biliklər.
  • MS Excel-də yüksək səviyyə.
  • P6 və ERP bilikləri üstünlükdür.
  • BoQ və ölçmə prinsiplərinin yaxşı bilinməsi.

Soft Skills:

  • Analitik düşüncə, dəqiqlik, komanda ilə effektiv ünsiyyət.
  • Sürətli mühitdə işləmək bacarığı.

Müraciət üçün:

Zəhmət olmasa, mövzu hissəsində vəzifə adını göstərməklə, CV-nizi careers@pre.az ünvanına 04.01.2026 tarixinədək göndərin.

SHARE THIS POSITION
Məlumat
Müracİət üçün son tarix:

04.01.2026

İş elan edİlİb:

05.12.2025

İş növü:

Tam ştat

Kateqoriya