"PAŞA Real Estate" yeni formatda mənzil seçimlərini sərfəli şərtlərlə təqdim edir

Premium dənizkənarıyaşayış kompleksi "Mardi Mekan Estate"də ev sahibi olmaq üçün artan tələbatınəzərə alan "PAŞA Real Estate" mənzil çeşidini sahəsi 55 m²-dənbaşlayan studio-mənzil seçimləri ilə genişləndirir.

"MardiMekan Estate" Mərdəkanda, Bakı şəhərinin mərkəzindən cəmi 25 dəqiqəlik məsafədəyerləşir. Kompleksin ərazisində 46 villa, eyni zamanda üç və altı mərtəbəlibinalarda 230 mənzil yer alıb. Yeni mənzillərlə birlikdə alıcılara funksionalstudiyalardan tutmuş, 4 yataq otaqlı rezidensiyalara qədər geniş çeşid təqdimolunur.

"MardiMekan Estate"də ev sahibi olmaq üçün bir neçə ödəniş şərti təklif olunur.
Müştərilər 20%-dən başlayan ilkin və 60 ayadək faizsiz hissəli ödənişimkanından yararlana bilərlər.

"MardiMekan Estate"in əsas üstünlüklərindən biri qapalı kompleks olmasıdır. 8hektarlıq ərazi tamamilə sakinlərə məxsusdur və 24/7 mühafizə altındadır. Girişəciddi nəzarət olunur, bütün idman və ictimai zonalar isə yalnız sakinlər vəonların qonaqları üçün nəzərdə tutulub. Şəhərin səs-küyü və gərginliyi bu özəldünyadan kənarda qalır, daxildə isə yalnız dəniz, sərbəstlik və sakitlik hökmsürür.

Layihənin digərmühüm üstünlükləri isə Xəzər dənizinə birbaşa çıxış və yalnız kompleksin sakinlərinəaçıq olan xüsusi çimərlikdir.

"MardiMekan Estate"in infrastrukturu ilboyu rahat yaşam üçün düşünülüb. Buraaçıq və qapalı hovuzlar, fitnes mərkəzi, sauna və spa, padel və basketbolmeydançaları, klabhaus, həmçinin ərazidəki restoranlar, kafelər və dükanlardaxildir. Yaxınlıqda məktəblər, klinikalar və supermarketlər yerləşir.

Layihəninmemarlığı sahilyanı landşaftla vəhdət təşkil edir: panoramik pəncərələrrezidensiyaları təbii işıqla doldurur, planlaşdırma həlləri isə dəniz mehininistiqamətini nəzərə alır. Mənzillər təmirə hazır şəkildə kommunikasiya xətləriilə birlikdə təqdim olunur.

« All news
EN
RU
WhatsApp
i
Связаться
Позвонить