
30 October 2026
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
DAŞKƏND, 27 oktyabr 2026-cı il – “PAŞA Real Estate Qrup” və “Marriott International, Inc.” Özbəkistanın paytaxtı Daşkənddə “JW Marriott” brendi altında rezidensiyalar layihəsinin həyata keçirilməsini nəzərdə tutan saziş imzalayıb. Layihə “PAŞA Real Estate Qrup”un Daşkənddə inşa etdiyi çoxfunksiyalı kompleksin tərkibində həyata keçiriləcək.