PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı

"PAŞA Real Estate Qrup" və "MarriottInternational, Inc." bu həftə Azərbaycan və Gürcüstan ərazisində üç yenihotel və yaşayış kompleksinin istifadəyə verilməsi barədə müqaviləimzaladıqlarını elan etdilər. Planlaşdırılan layihələr Bakıda, Zaqulbaçimərliyinin sahilində "The Ritz-Carlton" brendi altında lüks hotelvə rezidensiyalar, həmçinin "The Ritz-Carlton Residences, Baku"yaşayış binasının genişləndirilməsini əhatə edir. Eyni zamanda müqaviləyəTbilisidə "Le Méridien" hotelinin əlavə olunması ehtimalı dadaxildir.

 

Yeni layihələrin imza mərasimi Bakıda, "The Ritz-Carlton,Baku" hotelində "PAŞA Real Estate Qrup"un Baş İcraçı DirektoruÖzgür Geter, "Marriott International" şirkətinin Avropa, Yaxın Şərqvə Afrika üzrə prezidenti Nil Cons (Neal Jones), həmçinin hər iki təşkilatındigər yüksək vəzifəli rəhbər şəxslərinin iştirakı ilə baş tutub.

 

"PAŞA Real Estate Qrup"un Baş İcraçı Direktoru ÖzgürGeter bildirib: "Şirkət olaraq əsas məqsədimiz, Azərbaycanın və regionunuzunmüddətli inkişafına və cəlbediciliyinə töhfə verən yeni layihələryaratmaqdır. Bu layihələr, cəmiyyətimiz, tərəfdaşlarımız və digər maraqlıtərəflər üçün davamlı dəyər yaratmaq vizyonumuzu əks etdirir. İstehlakçılarınyüksələn standartlarına cavab verən, dünya səviyyəli hotel biznesi və qüsursuzhəyat təcrübəsi təqdim etmək üçün mühüm addım atırıq. Bizim "Marriott"ilə əməkdaşlığımız mükəmməllik, innovasiya və qonaqlarımız üçün unudulmaz anlaryaratmaq üzərində qurulub. Odur ki, dünyanın ən tanınmış brendlərindən biri iləmüstəsna layihələr təqdim edərək bu əməkdaşlığı genişləndirməkdən qürurduyuruq."

 

"Marriott International"ın Avropa, Yaxın Şərq vəAfrika üzrə prezidenti Nil Cons qeyd edib: "Şərqi Avropa və Qafqaz"Marriott" üçün yüksək potensialı olan bir zona kimi dəyərlidir.Çünki region artan səyahət tələbatı, inkişaf edən hotel biznesi infrastrukturuvə qlobal səviyyədə tanınan brendlərə güclü istehlakçı və sahibkar marağı iləseçilir. Bu müqavilələr həm bütün regionda müşahidə etdiyimiz dinamikanı, həmdə müxtəlif səyahətçiləri və səyahət məqsədlərini əhatə edən çeşidli brendportfelimizi genişləndirmək strategiyamızı nümayiş etdirir. Eyni zamanda, buaddımlar premium həyat tərzi və lüks həyata artan tələbatı ödəmək vizyonumuzunbir parçasıdır. Biz bu dinamik bazarda daha dərindən iştirak etdikcə,"PAŞA Real Estate" ilə əməkdaşlığımızın genişlənməsini səbirsizlikləgözləyirik."

 

"The Ritz-Carlton Baku, Zagulba" və "The Ritz-Carlton Residences, Baku, Zagulba"

Xəzər sahilində, Bakının şimal hissəsində yerləşən məşhur Bilgəhçimərliyində "The Ritz-Carlton" brendinə məxsus zərif dizayn vəəfsanəvi xidmət anlayışının təqdim olunacağı gözlənilir. Kompleksin dənizkənarında rahat və zərif istirahət üçün nəzərdə tutulmuş 80 otel otağındaibarət olması planlaşdırılır. Kompleksin infrastrukturuna həmçinin spa-salon,qapalı üzgüçülük hovuzu, müasir fitnes mərkəzi, bir neçə restoran, çimərlikklubu və "The Ritz-Carlton Club Lounge" daxil olacaq.

 

Eyni zamanda, layihədə həyatın hər anını yeni mərhələyəyüksəldən, 282 lüks rezidensiya və villalardan ibarət "The Ritz-CarltonResidences, Baku, Zagulba" yaşayış binasının olması gözlənilir. Yaşayışlayihəsinə klabhaus, fitnes mərkəzi, üzgüçülük hovuzu, uşaq klubu, kinoteatr vəçimərliyə birbaşa çıxış kimi xüsusi imkanlar daxildir.

 

"The Ritz-Carlton Residences, Baku" layihəsinin genişləndirilməsi

2023-cü ildə "The Ritz-Carlton Residences, Baku"layihəsinin uğurlu təqdimatından sonra, "PAŞA Real Estate Qrup"mövcud ərazidə 238 əlavə lüks rezidensiyanın, eləcə də lounj, fitnes mərkəzi vəüzgüçülük hovuzu kimi xüsusi imkanların yer alacağı yeni bir bina inşa etməyiplanlaşdırır.

 

"Le Méridien Tbilisi"

"Le Méridien" Gürcüstan üzrə portfelini böyütməyihədəfləyir. Bu çərçivədə Tbilisinin mərkəzində yerləşən, şəhərin dinamik vəsürətlə inkişaf edən ərazilərindən biri sayılan Çuqureti rayonunda yeni hotelinaçılması nəzərdə tutulur. "Le Méridien Tbilisi" brendin ənənəvi lobbianlayışını müasir şəkildə təqdim edən "Le Méridien Hub" kimi xüsusikonseptual məkanlarını və proqramlarını, eləcə də mükəmməl həyatdan zövq almaqfəlsəfəsini nümayiş etdirəcək. Hotel 152 müasir qonaq otağı, müxtəlifrestoranlar, fitnes mərkəzi, tədbir və görüş zalları ilə təchiz olunacaq.

 

Yenicə imzalanmış bu layihələr "PAŞA Real Estate Qrup"ilə "Marriott International" arasındakı mövcud tərəfdaşlığı daha damöhkəmləndirir. Hazırda bu əməkdaşlığa "The Ritz-Carlton, Baku","The St. Regis Baku", "JW Marriott Absheron Baku","Baku Marriott Hotel Boulevard", "Sheraton Baku IntouristHotel", "Courtyard by Marriott Baku", "Pik Palace, Shahdag,Autograph Collection" və "Park Chalet, Shahdag, AutographCollection" daxildir.

"Marriott International" şirkəti haqqında

ABŞ-ın Merilend ştatının Betesda şəhərində yerləşən"Marriott International, Inc." (Nasdaq: MAR) korporasiyası, 30 iyun2026-cı il tarixinə olan məlumata görə, 148 ölkə və ərazidə 10 000-dən çoxdaşınmaz əmlak obyektini əhatə edən lüks, premium, seçilmiş xidmət (selectservice), orta seqment (midscale), uzunmüddətli qalma və "hər şeydaxil" kateqoriyalarında cəlbedici brendlər portfelini özündə birləşdirir."Marriott" bütün dünyada hotellərin, yaşayış komplekslərinin, taymşerlərin,yaxtaların, açıq hava məkanlarının və digər yerləşdirmə növlərininfrançayzinqini, idarə edilməsini və lisenziyalaşdırılmasını həyata keçirir.Şirkət yüksək qiymətləndirilən "Marriott Bonvoy®" səyahətplatformasını təqdim edir. Əlavə məlumat əldə etmək üçün www.marriott.com,şirkətin ən son xəbərləri ilə tanış olmaq üçün isə www.marriottnewscenter.com saytınadaxil ola bilərsiniz.

« All news
EN
RU
WhatsApp
i
Связаться
Позвонить