Xidmət
Villalar və Rezidenziyalar
Açılış tarixi
2028

BƏZİ MƏKANLAR

YADDAŞIMIZDA QALIR

Nəsillər boyu Bilgəh Bakı yaylarının ayrılmaz bir hissəsi olub – dəniz, bağlar, Xəzər sahilində uzanan uzun günlər və heç vaxt bitməsini istəmədiyiniz axşamlar.

Bu gün sahilin ən əfsanəvi məkanlarından biri öz yeni səhifəsini açır.

Allium Bilgah Villas and Residences çoxlarının xatirələrində yaşayan Bilgəh ruhunu müasir villalar və rezidensiyalar kolleksiyası ilə yenidən təqdim edir. Beşulduzlu qonaqpərvərliklə tamamlanan bu konsepsiya tanış hissləri yeni həyat tərzi ilə birləşdirir.
Doğma bir məkan.
Yeni bir hekayə.

SKY VIEW VILLAS

Cəmi üç villa.

Ən yüksək nöqtədə.

Allium Bilgah ərazisinin ən yüksək nöqtəsində yerləşən üç eksklüziv villa Xəzər dənizinə və ətraf mənzərəyə hakim mövqedən baxır.

Geniş və işıqlı interyerlər, böyük şəxsi bağlar və fərdi hovuzlar Allium daxilində ən məxfi və seçkin yaşayış təcrübəsini yaradır. Buradan açılan mənzərə yaşıllığın hüdudlarını aşaraq dənizə və üfüqə qədər uzanır.

Cəmi üç villa mövcuddur.

Və hər zaman yalnız üçü olacaq.

525–847 m²
Teras daxil olmaqla ümumi tikili sahəsi

454–1,248 m²
Bağ sahəsi

Shell & Core

GARDEN COLLECTION

Təbiətlə əhatələnmiş bir ev.

Allium Bilgah-ın ən yaşıllıqla zəngin guşələrindən birində yerləşən bu fərdi villalar əsrarəngiz ağaclar və geniş bağlarla əhatə olunub.

Hər bir ev həyat məkanını təbii şəkildə açıq havaya daşıyır. Şəxsi hovuz, terrasda sakit səhərlər, açıq havada uzun naharlar və yaşıllıqların əhatəsində keçən rahat axşamlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir.

Burada bağ sadəcə evinizi əhatə edən məkan deyil.

O, həyat tərzinizin bir hissəsidir.

330-460 m²
Teras daxil olmaqla ümumi sahə

514-1,293 m²
Bağ sahəsi

Shell & Core

HILLSIDE COLLECTION

DAHA YÜKSƏK.

DAHA SAKİT.

Landşaftın təbii quruluşunu izləyən Hillside Collection, Allium Bilgah-ın yüksək ərazisində yerləşir.

Şəxsi bağlar və hovuzlar yaşıllıqlarla əhatələnərək məxfiliyi və rahatlığı təmin edir, eyni zamanda Allium-un təqdim etdiyi bütün imkanları əlçatan saxlayır.

Hər şeyə yaxın.

Lazımsız olan hər şeydən uzaq.

330-507 m²
Teras daxil olmaqla ümumi sahə

306-1,087 m²
Bağ sahəsi

Shell & Core

LEGACY COLLECTION

Xatırladığınız Bilgəh.

Uzun illər Bilgəh Beach-in ayrılmaz hissəsi olmuş villalar yeni nəsil üçün yenidən qayıdır.

Tam mebellə təchiz olunmuş və yenilənmiş məkan fəaliyyətə başladığı andan etibarən sahiblərini qarşılamağa hazır olan bu villalar, bu məkanın tarixi ilə xüsusi bağını qoruyaraq onun yeni fəslinin bir hissəsinə çevrilir.

Tanış bir ünvan.

Yeni bir hekayə.

239-243 m²
Teras daxil olmaqla ümumi sahə

38-318 m²
Bağ sahəsi

Tam mebellə təchiz olunmuş

ALLIUM RESIDENCES

Hotel.

Artıq sizin eviniz.

Allium otelinin daxilində yerləşən bu tam mebellə təchiz olunmuş rezidensiyalar ev rahatlığını beşulduzlu qonaqpərvərliyin üstünlükləri ilə bir araya gətirir.

Rezidensiyanızdan çıxan kimi otelin canlı atmosferi sizi əhatə edir.

Pəncərələrinizin o tayında isə Xəzər uzanır.

Bütün rezidensiyalar dənizə baxır.

İstisnasız olaraq.

41-220 m²
Teras daxil olmaqla ümumi sahə

Tam mebellə təchiz olunmuş

BEACH RESIDENCES I & II

BEACH RESIDENCES I

Dənizə daha yaxın.

Beach Residences Xəzər sahilindən cəmi bir neçə addımlıq məsafədə yerləşir.

Evdən birbaşa sahilə. Günortalar rezidentlər üçün nəzərdə tutulmuş hovuzun kənarında. Axşamlar isə dəniz mənzərəsi və günbatımı ilə.

Xəzərə açılan mənzərələr və çimərliyə birbaşa piyada çıxışı dənizi gündəlik həyatın ayrılmaz hissəsinə çevirir.

Burada dəniz sizin ən yaxın qonşunuzdur.

BEACH RESIDENCES II

Sahillə evin qovuşduğu məkan.

Beach Residences II sizi dənizlə üz-üzə yaşamağa dəvət edir.

Səhərlər dəniz mehinin müşayiəti ilə başlayır. Günün sakit saatları sakinlər üçün nəzərdə tutulmuş şəxsi hovuz terrasında keçir. Axşamlar isə Xəzər sahili boyunca qızılı günbatımı altında gəzintilərlə tamamlanır.

Sahilboyu fasiləsiz panoramik mənzərələr və çimərliyə rahat çıxış sahil həyatını gündəlik yaşamın ayrılmaz hissəsinə çevirir.

Burada gündəlik həyat Xəzərin ritmi ilə axır.

Bizi ziyarət etməyi düşünürsünüz?

Şourumlarımızın harada yerləşdiyini öyrənin və görüş təyin edin

Həyat tərzinizi yüksəltməyə hazırsınız?

Məlumat alın

Təşəkkürlər! Sizin müraciətiniz uğurla göndərilmişdir.

WhatsApp
i
Связаться
Позвонить