
The Ritz-Carlton, ölkənin paytaxtı Daşkənddə yerləşəcək və Özbəkistanın ilk ultra-lüks oteli olacaq. Otelin 30-dan çox mərtəbəsi olan bir binada yerləşməsi planlaşdırılır, burada 140 otaq və üç fərqli restoran fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində isə yaşayış mənzilləri və ticarət sahələrinin tikintisi nəzərdə tutulur.
35 mərtəbə
Hotel üçün nəzərdə tutulmuş 15 mərtəbə
130 Ritz yaşayış mənzili
590 brend olmayan (ümumi) mənzillər
Qürurla bəyan edirik ki, “The Ritz-Carlton, Tashkent” oteli “Ən Yaxşı Çoxfunksiyalı Memarlıq” nominasiyası üzrə “Asia Pacific Property Award” mükafatına layiq görülüb. Layihənin memarlıq konsepsiyası məşhur “Benoy Limited” şirkəti tərəfindən hazırlanıb. Sözügedən layihə qlobal dizayn standartları ilə regional memarlıq xüsusiyyətlərinin zərif vəhdətini əks etdirir. Bu əhəmiyyətli uğur ilə Azərbaycanın dünyadakı daşınmaz əmlak sahəsində artan nüfuzunu nümayiş etdirmək böyük sevincdir.




