
.jpg)
Liman Estate - məhz belə bir istisnadır.
Birbaşa Bakı Bulvarında yerləşən Liman Estate müasir meqapolislərdə nadir rast gəlinən bir ahəngi özündə birləşdirir: şəxsi yaşayış məkanının toxunulmazlığını və şəhərin mədəni-işgüzar həyatının mərkəzindən cəmi bir neçə addımlıq məsafədə yaşamağın rahatlığını. Burada Xəzərin ritmi paytaxtın nəbzi ilə qovuşur, hər bir pəncərə isə dənizlə səmanın mütləq sakitlikdə birləşdiyi sakit bir üfüqü çərçivələyir.

Crescent Bay-də yerləşən Liman Estate layihəsi Bakı sahillərində şəhər həyatının yeni standartını müəyyən edir.
Dörd 6-mərtəbəli binada yerləşən məhdud sayda rezidensiya fərdi məkan, genişlik və şəhərin düz mərkəzində yaşamağın bütün üstünlüklərinin müstəsna vəhdətini təqdim edir.
Şəhərlə dənizin arasında.
Burada rezidensiyaların sayının az olması, sadəcə memarlıq həlli yox - bir yaşam fəlsəfəsidir. Liman Estate həyatın hər anında sərbəstliyi, özünəməxsusluğu və fərdi mühit hissini seçənlər üçün yaradılıb.
Cəmi 4 bina və 209 xüsusi rezidensiyadan ibarət olan bu məkan, tamamilə sizin fərdiliyiniz və rahatlığınıza həsr olunub.
Mühafizə olunan girişdən içəri ilk addımda, gözoxşayan yaşıllıq və sakinlərə özəl imkanlar müasir şəhər mərkəzində nadir olan bir mühit yaradır.

Liman Estate-də həyat qüsursuz balans üzərində qurulub:
Bir tərəfdə şəhərin dinamik enerjisi...
Digər tərəfdə dənizin hüzur verən sakitliyi.
Sakinlərə özəl klabhaus, qapalı hovuz, xüsusi dizaynlı landşaft və açıq havada istirahət sahələri gündəlik həyatınızın keyfiyyəti və komfortuna xidmət edir.


Şərq (East): Sahilə ən yaxın nöqtə. Sərhədsiz genişlik və heyranedici mənzərələri ilə sakinlərə tamamilə səbəst və hüzurlu bir yaşam bəxş edir.
Şimal (North): Kompleksin ən dinamik və şəhər ruhuna yaxın nöqtəsi. Aktiv həyat tərzini sevənlər üçün nəzərdə tutulub və sakinləri Crescent Bay-in canlı enerjisi ilə birbaşa təmasda saxlayır.

Qərb (West): Fərqli tərzlərin harmoniyasının axtarışında olanlar üçün. Şəhərin dinamik ritmi ilə dənizin sakitliyi arasında mükəmməl bir tarazlıq yaradır.
Cənub (South): Kompleksin ən sakit nöqtəsi. Olduqca fərdi və son dərəcə zərif bir həyat təklif edir.



.jpg)




Şourumlarımızın harada yerləşdiyini öyrənin və görüş təyin edin
