PAŞA Real Estate Qrupun rəhbərliyi Monteneqronun Baş naziri ilə investisiya və turizmin inkişafını müzakirə edib

“PAŞA Real Estate Qrupun” rəhbər şəxsləri Monteneqronun Baş naziri Miloyko Spaiç ilə görüşüblər. Görüşdə turizmin və turizm infrastrukturunun inkişafı, ölkənin investisiya mühiti, eləcə də “Portonovi” kurortunun Monteneqronun beynəlxalq turizm istiqaməti kimi inkişafındakı rolu müzakirə olunub.

Görüşdə “PAŞA Real Estate Qrupu”nu Baş Kommersiya Direktoru və Beynəlxalq Layihələrin Baş İcraçı Direktoru Elçin Qədimov və Hotel Biznesi üzrə Baş Direktor Matt Balcik təmsil ediblər. Tərəflər, həmçinin Monteneqronun Avropa İttifaqına üzvlük istiqamətində irəliləməsi fonunda ölkənin beynəlxalq investorlar üçün artan cəlbediciliyi barədə fikir mübadiləsi aparıb, uzunmüddətli investisiyaların dəstəklənməsində dövlət və özəl sektor arasında davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

“PAŞA Real Estate Qrupun” rəhbər şəxsləri bildiriblər: “Monteneqro “PAŞA Real Estate Qrup” üçün mühüm bazardır və Portonoviyə yatırdığımız investisiya Qrupun ölkəyə və onun potensialına uzunmüddətli inamını əks etdirir. Monteneqro hökumətinin dəstəyini yüksək qiymətləndirir və Qrupun ölkədə uğurla inkişaf etməsinə və fəaliyyət göstərməsinə imkan yaradan əlverişli şəraitə görə təşəkkürümüzü bildiririk. Bundan sonra da Portonovinin inkişafına, eləcə də regionun aparıcı lüks layihələrindən biri kimi mövqeyinin qorunmasına töhfə verməyə davam edəcəyik”.

“PAŞA Real Estate Qrupun” Adriatik dənizi sahilində yerləşən flaqman layihəsi olan Portonovi lüks “One&Only Portonovi” hotelini, beynəlxalq mükafatlara layiq görülmüş “Portonovi Marina”nı, premium rezidensiya və villaları, restoranları, eləcə də istirahət və əyləncə məkanlarını özündə birləşdirən müasir sahilyanı kompleksdir. Layihə Monteneqroda xarici investisiya hesabına həyata keçirilən ən iri investisiyalardan biridir və ölkədə lüks turizm və daşınmaz əmlak sektorlarının inkişafına töhfə verir.

Görüşün sonunda “PAŞA Real Estate Qrupun” nümayəndələri Baş nazir Miloyko Spaiçə və Monteneqro hökumətinə davamlı dəstəyə və turizmin inkişafına göstərilən diqqətə görə bir daha təşəkkür ediblər.

« All news
EN
RU
WhatsApp
i
Связаться
Позвонить