Əmək haqqının hesablanması və HRIS üzrə Baş mütəxəssis
PAŞA Real Estate
/
Bakı
/
Tam ştat
Əsas vəzifə öhdəlikləri:
Ali təhsil;
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
Əmək qanunvericiliyi və əmək haqqı hesablanması üzrə mövcud qaydalar haqqında biliklər və praktiki tətbiq;
HRIS (SAP) proqram təminatı ilə işləmək bacarığı;
MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
Power BI proqramı üzrə biliklər – üstünlükdür;
Azərbaycan və İngilis dilində səlis yazmaq və danışmaq bacarığı;
Rəqəmlərlə işləmə, analitik düşünmə və detallara diqqətlilik;
Vaxtın idarə edilməsi, müstəqil işləmə və prioritetləşdirməbacarıqları.
Tələb olunan təcrübə və bacarıqlar:
Əmək haqqı, məzuniyyət haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin, əmək haqqına əlavələrin, son haqq-hesabın və digər ödənişlərin qanunvericiliyə və daxili qaydalara uyğun, dəqiq və vaxtında hesablanması və ödənilməsi;
Ölkədaxili və ölkəxarici ezamiyyələrin rəsmiləşdirilməsi, ezamiyyə xərclərinin qanunvericiliyə və daxili qaydalara uyğun, dəqiq və vaxtında hesablanması və ödənilməsi;
Məhkəmə və icra sənədləri əsasında aliment və digər tutulmaların reyestrinin aparılması və müvafiq qaydada icra edilməsi;
Təsdiqlənmiş iş vaxtı cədvəllərinin nəzərdən keçirilməsi və dəqiqliyinin təmin edilməsi;
Sosial müavinətlərlə bağlı DSMF-yə müraciət olunması və ödəniş prosesinin icrasına nəzarət edilməsi;
Müvafiq dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların (Dövlət Statistika Komitəsi, Vergilər Nazirliyi və s.) hazırlanması və təqdim edilməsi;
Daxili struktur bölmələrinin sorğuları əsasında ödənişlərlə bağlı müxtəlif hesabatların hazırlanması və təqdim edilməsi;
Həyat Sığortası və Həyatın Yığım Sığorta Planı üzrə təminatçılar və işçilər arasında əlaqələndirici şəxs qismində fəaliyyət göstərilməsi;
İşçilərin əmək haqqı ilə bağlı sorğularının vaxtında cavablandırılması;
İşçi sorğuları əsasında əmək haqqı və maliyyə arayışlarının hazırlanması;
Əmək haqqı ilə bağlı audit fəaliyyətinin aparılmasına dəstək göstərilməsi;
İstifadə olunan HRIS (SAP) modulları üzrə iş proseslərinin təhlili, təkmilləşdirilməsi üçün digər müvafiq struktur bölmələr ilə sıx əməkdaşlıq edilməsi;
İstifadə olunan HRIS (SAP) modulları üzrə Əmək haqqı və digər İR proseslərinin avtomatlaşdırılması, müxtəlif hesabatlılıqların yaradılması;
İstifadə olunan HRIS (SAP) sistemində baş verən dəyişikliklərin test edilməsi, tətbiqi və istifadəçilərdən daxil olan texniki/gündəlik sorğuların cavablandırılması və/və ya həlli istiqamətində əməkdaşlıq edilməsi.
Müraciət üçün:
Zəhmət olmasa, mövzu hissəsində vəzifə adını göstərməklə, CV-nizi careers@pre.az ünvanına 17.12.2025 tarixinədək göndərin.