Planlama üzrə Mühəndis (Layihə Sahəsi Üzrə)

PAŞA Real Estate
/
Bakı
/
Tam ştat
Əsas vəzifə öhdəlikləri:

Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir.

Tələb olunan təcrübə və bacarıqlar:

Əsas Öhdəliklər:

1. Layihə Cədvəllərinin Hazırlanması

  • Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi.
  • Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması.
  • Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi.

2. İrəliləyişin Monitorinqi

  • Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək.
  • Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq.
  • Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək.

3. Hesabatlılıq

Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması:

  • Plan / Fakt müqayisəsi
  • Critical Path analizi
  • Gecikmələr və təklif olunan tədbirlər

Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması.

4. Gecikmə və Mitigasiya Analizi

  • EOT və gecikmə təsiri üzrə ilkin təhlil.
  • Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi.
  • Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi.

5. Koordinasiya və Kommunikasiya

  • Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq.
  • Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək.
  • Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.

Tələblər:

Təhsil:

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə.

Təcrübə:

  • 3–5 il planlama üzrə təcrübə.
  • Sahə təcrübəsi üstünlükdür.

Texniki bacarıqlar:

  • Primavera P6 üzrə peşəkar biliklər.
  • Tikinti metodologiyalarının və ardıcıllığının yaxşı bilinməsi.
  • MS Excel və hesabatlandırma bacarıqları.

Soft Skills:

  • Analitik düşüncə və diqqətlilik.
  • Komanda ilə effektiv koordinasiya.
  • Təzyiq altında işləmə bacarığı.

Müraciət üçün:

Zəhmət olmasa, mövzu hissəsində vəzifə adını göstərməklə, CV-nizi careers@pre.az ünvanına 04.01.2026 tarixinədək göndərin.

SHARE THIS POSITION
Məlumat
Müracİət üçün son tarix:

04.01.2026

İş elan edİlİb:

05.12.2025

İş növü:

Tam ştat

Kateqoriya